Bu ilin ilk 6 ayı ərzində Azərbaycanda qızılcaya yoluxma halı qeydə alınmayıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, ölkədə qızılcaya qarşı müalicə-profilaktika müəssisələri tərəfindən peyvəndləmə tədbirləri davam etdirilir: “Bunun nəticəsində son aylarda respublika ərazisində qızılca xəstəliyinə yoluxma halları qeydə alınmayıb”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.