ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyulun 1-dən etibarən rəsmi olaraq xarici yardım proqramlarının idarə edilməsini dayandırır.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio qurumun “Substack” xidmətindəki səhifəsində bildirib.
Onun sözlərinə görə, prezident administrasiyasının siyasətinə uyğun olan və Vaşinqtonun maraqlarını irəli sürən yardım proqramlarının bir hissəsi dövlət departamenti tərəfindən həyata keçiriləcək.
İyun ayında bildirilmişdi ki, Vaşinqton sentyabrın 30-na qədər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xarici nümayəndəliklərini ləğv etməyi planlaşdırır. USAID-in xarici nümayəndəliklərinin ləğvi prosesi diplomatik xidmət işçiləri, podratçılar daxil olmaqla yüzlərlə əməkdaşa təsir edəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.