KİV: Pentaqon Kiyevə “Patriot” və “Stinger” raketlərinin tədarükünü dayandırıb

ABŞ Müdafiə Nazirliyin Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Buraya “Patriot” zenit-raket kompleksləri və “Stinger” hava hücumundan müdafiə raket sistemləri üçün lazım olan minlərlə haubitsa döyüş sursatı, 100-dən çox “Hellfire” idarə olunan və 250-dən çox GMLRS raketi aiddir.

Qeyd olunur ki, müdafiə naziri Pit Heqset Kiyevə tədarük səbəbindən boşaldılan silah anbarlarının auditinin aparılmasına göstəriş verib.

Daha əvvəl “Politico” xəbər vermişdi ki, Pentaqon Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin və yüksək dəqiqlikli döyüş sursatlarının göndərilməsini dayandırıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More