Klublarası dünya çempionatı: “Borussiya” “Real Madrid”lə görüşəcək

“Borussiya” ABŞ-da keçirilən FIFA Klublararası dünya çempionatının 1/8 final mərhələsində Meksikanın “Monterrey” klubuna qalib gəlib.

“Report” xəbər verir ki, oyun 2:1 hesabı ilə başa çatıb.

Dortmund təmsilçisinin heyətində Seru Girassi dubla ilə yadda qalıb, “Monterrey”in yeganə qoluna isə Herman Berterame imza atıb.

Beləliklə, “Borussiya” turnirin 1/4 final mərhələsində “Real Madrid”ə rəqib olub. Görüş iyulun 5-də baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More