İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Ticarət-Sənaye Palatası regiondaxili ticarətin mövcud səviyyəsini bir neçə dəfə artıra bilər.
“Report” xəbər verir ki, bunu ECO Ticarət-Sənaye Palatasının prezidenti Atif İkram bildirib.
“ECO ölkələrinə birbaşa xarici investisiya axını son vaxtlar 20 % artaraq 25,7 milyard dollara çatıb. Lakin biz üzv ölkələrimizdən yaxın gələcəkdə ticarətin genişləndirilməsi və ticarət prosedurlarının sadələşdirilməsi üzrə səylərimizin rahat və sürətli şəkildə həyata keçirilməsi üçün daha çox dəstək gözləyirik”, – o qeyd edib.
A.İkram, həmçinin təşkilat üzvlərini regional ticarətin artımı üçün əlverişli şərait yaratmaq məqsədilə kənd təsərrüfatı, İT, dağ-mədən, toxuculuq sənayesi, sənaye ticarəti və s. kimi müxtəlif sektorlarda ECO ölkələrinin birgə investisiyalarına dəstək verməyə çağırıb.
“Mən ticarət dəhlizləri, nəqliyyat əlaqələri, dəmir yolu və enerji əlaqəsi sahəsində ECO-ya üzv ölkələrin fəaliyyətlərini əlaqələndirmək üçün bütün səyləri səfərbər edəcəm”, – o vurğulayıb.
Mənbə: Report.Az
Comments are closed.