Yaponiya hökuməti sakinlərə güclü zəlzələ ilə bağlı xəbərdarlıq edib

Yaponiya hökuməti ada dövlətin sakinlərinə yaxın illərdə dağıdıcı meqa zəlzələ ehtimalının yüksək olacağı barədə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə “The Asahi Shimbun” məlumat yayıb.

Məlumata görə, söhbət Nankay qırılma zonasında (Yaponiya sahillərində Avrasiya və Filippin plitələrinin qovuşduğu, okeanın dibində xəndək əmələ gətirən ərazi) 8-9 maqnituda gücündə mümkün təkanlardan gedir.

İlkin hesablamalara görə, seysmik aktivlik nəticəsində yaranan sunami dalğaları 20 metr və daha çox hündürlüyə çata bilər. Bu halda, ölənlərin sayı təxminən üç yüz min nəfərə çata bilər və iki milyondan çox bina tamamilə məhv olardı.

Mütəxəssislərin fikrincə, yaxın 30 il ərzində belə bir kataklizmin baş vermə ehtimalı təxminən 80 % təşkil edir. Bununla əlaqədar Yaponiya hökuməti bələdiyyələrə əhalinin və infrastrukturun mühafizəsi tədbirlərinin həyata keçirilməsinə başlamağı tapşırıb.

Son illər seysmoloqlar bu cür hadisələrin hər 100-150 ildə bir dəfə baş verdiyi Nankay qırağında qaçılmaz meqazəlzələnin mümkünlüyü ilə bağlı narahatlıqlarını daha çox dilə gətirirlər. Ən güclü yeraltı təkanların mərkəzi Honsü adalarının cənub sahillərində, həmçinin Şikoku və Küsü adasının şərq sahillərində hiss olunacağı gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More