5–6 iyul tarixlərində Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 10 çəki dərəcəsində 22 cüdoçu (14 oğlan, 8 qız) ilə təmsil olunacaq.
32 ölkədən 447 idmançının (280 oğlan, 167 qız) qüvvəsini sınayacağı turnirin ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirov da yer alacaq.
Kişilər
-60 kq
Mirxaliq İskəndərov
Ayxan Mirzəzadə
Nicat Eyvazov
-73 kq
Mehdi Cəfərov
Səlim Sultanov
Nihad Yəhyayev
-81 kq
Nahid Tarquliyev
Roman Qarayev
Mehdi Abbasov
Cəsur İbadlı
-90 kq
Canpolad Əliyev
Əli Qazıməmmədov
-100 kq
Davud Namazlı
Vidad Əliyev
Qadınlar
-52 kq
Aydan Vəliyeva
Xədicə Qədəşova
-57 kq
Fidan Qasımova
Gülnarə Bayramova
-63 kq
Nilgün Rzayeva
Leyla Atayeva
-70 kq
Pərvanə Abdullayeva
+78 kq
Nigar Süleymanova
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.