Cənubi Koreya parlamenti bu gün Kim Min Sokun baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.
M.Kimin sözlərinə görə, iqtisadiyyatın bərpası onun üçün prioritet məsələ olacaq.
Qeyd edək ki, iyunun 4-də vəzifəyə başlayan Cənubi Koreya Prezidenti Li Çje Myon, yaxın adamlarından biri olan Demokratik Partiyanın (DP) nümayəndəsi Kim Min Soku baş nazir vəzifəsinə namizəd göstərib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.