Həbib Nurməhəmmədovun vergi borcu açıqlanıb

Rusiyanın Federal Vergi Xidməti sabiq MMA döyüşçüsü Həbib Nurməhəmmədovun borcunu açıqlayıb.

“Report” SHOT-a istinadən xəbər verir ki, 36 yaşlı keçmiş idmançının hazırda 1,8 milyon rubl borcu var.

O, ötən ilin avqustunda 302 milyon rubl borc ödəyib.

Qeyd edək ki, H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2020-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More