Neftçi”nin baş məşqçisi: “İsrail klubu oyunlarımızın Türkiyədə keçirilməsini istəmir

“Neftçi”nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı hələlik dəqiqləşməyib.

Bu barədə “Report”a “ağ-qaralar”ın baş məşqçisi Siyasət Əsgərov açıqlama verib.

O, matçların Türkiyənin paytaxtı Ankarada baş tutmaq ehtimalı ilə bağlı danışıb:

“Qarşılaşmaların Ankarada olacağı gözlənilir. Amma dəqiq bir şey yoxdur. Rəqibdən aldığımız məlumata görə, İsrail klubunun rəhbərliyi orada oynamaq və Türkiyəyə getmək istəmədiklərini söyləyiblər. Qarşılaşmanın harada baş tutacacağı məsələsi açıq qalır. Yer dəqiqləşəndən sonra planlarımız da bilinəcək”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. “Neftçi” yarımfinalda Türkiyənin “Fomget” klubunu yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi “Kiryat”la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf isə II təsnifat mərhələsinə vəsiqə qazanacaq.

IV qrupun oyunları Türkiyə, İsrail və ya Azərbaycanda keçiriləcək ki, bu da tərəflər arasında razılşamaya əsasən müəyyənləşəcək. I təsnifat mərhələsinin yarımfinal matçları iyulun 30-da, final görüşləri isə avqustun 3-də reallaşacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More