Spirtli içki, siqaret və şirniyyat bahalaşacaq: Yarıbayarı

mumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2035-ci ilə qədər bəzi məhsullarda qiymətlər ən azı 50% artırılmalıdır.

Təşkilatın ekspertlərinin fikrincə, bu tədbir xroniki xəstəliklərin inkişafının qarşısını alacaq və ölkələrə büdcə gəlirləri yaratmağa kömək edəcək.

Turkustan.az DW-ya istinadən xəbər verir ki, ÜST dünyada səhiyyə sistemlərini gərginləşdirən qeyri-infeksion xəstəliklərin artmasından narahatdır. Təşkilat qeyd edir ki, bütün dünyada ölüm hallarının 75%-nin səbəbi qeyri-infeksion xəstəliklər, o cümlədən ürək xəstəlikləri, xərçəng və diabetdir.

ÜST qeyd edib ki, spirtli içkilərin, siqaretlərin və şirniyyatların qiymətlərinin artırılması növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər. /Cebheinfo.az/









Mənbə: Turkustan.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More