ABŞ-də azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Nyu Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin (National Music & Global Culture Society) rəhbəri, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova və “My Way” Yaradıcılıq Mərkəzinin art direktoru, heykəltəraş və rəssam Emin Quliyevə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.

“Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə təqdimetmə mərasimi Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində baş tutub.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev iştirak ediblər.

Komitə sədrinin müavini hər iki mədəniyyət xadiminin Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması, mədəni irsimizin təbliği və diaspor fəaliyyətinə verdikləri töhfələri yüksək qiymətləndirib.

Qeyd edək ki, Nərgiz Əliyarova Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin təşkilatçısıdır.

Emin Quliyev isə Sumqayıtın simvoluna çevrilən “Sülh göyərçini” abidəsinin və İmadəddin Nəsiminin heykəlinin müəlliflərindən biri, mərhum rəssam Asim Quliyevin oğludur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More