Rusiya və Azərbaycan Baş Prokurorluqları gündəlikdə olan cari məsələlərlə bağlı mütəmadi əlaqə saxlayırlar

Rusiya və Azərbaycan Baş Prokurorluqları əlaqədədirlər və cari gündəliklə bağlı mütəmadi olaraq əlaqə saxlayırlar.

“Report”un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə RF nəzarət qurumunun mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, prioritet hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının qorunması məsələləridir.

“Mümkün insinuasiyaların qarşısını almaq məqsədilə nəzarət qurumlarının rəhbərləri tabeliklərində olanlara qabaqlayıcı xarakterli hərtərəfli tədbirlər görməyi tapşırıblar”, – mətbuat xidmətinin məlumatında deyilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More