ABŞ Vaşinqtonla vicdanlı ticarət danışıqları aparan ölkələrə qarşı gömrük rüsumunu 10% səviyyəsində müəyyən edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Bloomberg TV”-yə müsahibəsində bildirib.
“Prezident (ABŞ prezidenti Donald Tramp – red.) vicdanlı danışıqlar aparanları təşviq etmək istəyir. Düşünürəm ki, təxminən 100 ölkə minimum 10% cavab rüsumu alacaq, sonra baxarıq”, – deyə o bildirib.
Bessentin fikrincə, ticarət sazişlərinin bağlanması üçün son müddət kimi göstərilən 9 iyuladək bir sıra ölkələrlə “silsiləli şəkildə sazişlərin imzalanmasını gözləmək olar”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.