Bundesliqa klubu futbolçusunu bir ay komandadan kənarlaşdırıb

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu futbolçusu Florian Noyhausu cəzalandırıb.

“Report” xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi bir ay müddətinə əsas komandadan kənarlaşdırılıb. Qərar 28 yaşlı oyunçunun sosial şəbəkələrdə yayılan videosuna görə verilib.

Sərxoş olan futbolçu azarkeşlərlə söhbət edib. Fanatlardan biri klubun idman direktorunu “dünyanın ən pisi” adlandırıb, Noyhaus isə buna gülüb.

Qeyd edək ki, Florian Noyhaus 2017-ci ildən Münhenqladbax təmsilçisində çıxış edir. O, ümumilikdə 220 matçda 26 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More