Rusiya Ukrayna ərazisinə rekord sayda hücum həyata keçirib

Ukrayna Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisinə edilən 550 hava hücumu vasitəsindən 478-ni zərərsizləşdirib.

“Report” Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, hücumun əsas hədəfi Kiyev olub.

“İyulun 4-ü gecə satlarında Rusiya Silahlı Qüvvələri 550 hava hücumu vasitəsi ilə hücum edib. Kursk, Şatalovo, Oryol, Bryansk, Millerovo, Primorsko-Axtarsk istiqamətlərindən 539 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli pilotsuz uçuş aparatlarıdır”, – məlumatda qeyd edib.

Bundan əlavə, Ukrayna ərazisinə Lipetsk vilayətinin hava məkanından bir ədəd X-47 M2 “Kinzhal” aeroballistik, Bryanskdan altı “İskander-M”/KN-23 ballistik, Kursk və Voronejdən dörd ədəd “İskander-K” qanadlı raketlər atılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More