KİV: Tramp Zelenskiyə Ukraynaya hava hücumundan müdafiə sahəsində kömək etmək istədiyini söyləyib

ABŞ Prezidenti Donald Tramp hava hücumundan müdafiə sahəsində Ukraynaya dəstək vermək istədiyini açıqlayıb.

Bu barədə “Report” “Axios”a istinadən xəbər verir.

“Prezident Tramp cümə günü telefon danışığı zamanı Ukrayna Prezidentinə bildirib ki, ABŞ Rusiya hücumlarının artması fonunda Ukraynaya hava hücumundan müdafiə sahəsində kömək etmək istəyir”, – qəzet məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, prezidentlər Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyaclarını müzakirə ediblər. Tramp tədarüklərdə mümkün gecikmələri yoxlamağa söz verib və kömək etməyə hazır olduğunu bildirib.

Nəşr yazıb ki, tərəflər həmçinin hava hücumundan müdafiə və digər silah növləri ilə bağlı məsələləri müzakirə etmək üçün ABŞ və Ukrayna nümayəndələri arasında görüşün keçirilməsini razılaşdırıblar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More