İngiltərənin “Çelsi” klubu ABŞ-də keçirilən klublararası dünya çempionatının ikinci yarımfinalçısı olub.
“Report” xəbər verir ki, London klubu 1/4 finalda Braziliyanın “Palmeyras” klubunu gərgin mübarizədə məğlub edib – 2:1.
Yarımfinalda Enzo Mareskanın yetirmələri Braziliyanın digər klubu – “Fluminense” ilə qarşılaşacaq.
Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.