Rusiyada daha iki azərbaycanlı haqda qərar verilib – VİDEO

Rusiyanın Orenburq şəhər məhkəməsi “Zaur Naxçıvanski” kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.

Turkustan.az xəbər verir ki, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.

40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib.

Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun (“Vaqif Bakinski”) saxlanılması barədə məlumat yayılıb.

“Kommersant” həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, hər iki şəxsin “qanuni oğru” kimi tanındığı deyilir.









Mənbə: Turkustan.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More