Pulkovo aeroportunda 40-dan çox aviareys gecikdirilib

Sankt-Peterburqda Pulkovo aeroportunda 40-dan çox aviareys gecikdirilib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Şimal paytaxtının Hava qapıları” şirkətinin mətbuat xidmətindən bildirilib ki, aeroport cədvəlin normallaşdırılması üçün gücləndirilmiş rejimdə işləyir.

“Aeroport cədvəlin normallaşdırılması üçün gücləndirilmiş rejimdə işləyir. Hava limanının normal rejimdə işinin bərpası üçün əlavə personal cəlb edilib”, – məlumatda vurğulanıb.

Mətbuat xidmətindən qeyd ediblər ki, Moskva vaxtı ilə saat 08:00-a Pulkovo aeroportundan 23 reys yola salınıb. 17 reys qəbul edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More