Mingəçevirdə avtobusun vurduğu 53 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
“Report”un Qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl şəhər ərazisində avtobus 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı vurub.
O, ağır halda xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə olunub. Lakin göstərilən tibb yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.