“Real Madrid”in hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sının qapsına vurduğu qolunu “Liverpul”un avtomobil qəzasında dünyasını dəyişən hücumçusu Dioqu Jotaya həsr edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
“Real Madrid” Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. “Real Madrid”in üçüncü qolunu Mbappe 90+4-cü dəqiqədə vurub.
Xatırladaq ki, Portuqaliya millisinin oyunçusu iyulun 3-də avtomobil qəzasına düşüb.
Dioqu Jota İspaniyanın qərbindəki Zamora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Faciədə futbolçu ilə yanaşı qardaşı da dünyasını dəyişib.
İyulun 5-də Jota və qardaşı Andre Silvanın dəfn mərasimi olub. Mərasim futbolçuların böyüdüyü Qondomar şəhərinin qəbiristanlığında baş tutub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.