“Portu” yeni baş məşqçisinin adını açıqlayıb

Portuqaliyanın “Portu” klubunun yeni baş məşqçisinin adını açıqlayıb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Françesko Farioli ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

36 yaşlı mütəxəssis son olaraq 2024/2025 mövsümündə Niderland təmsilçisi “Ayaks”ı çalışdırıb. Amsterdam klubu mövsümü uğursuz başa vurduqdan sonra italiyalı məşqçi ilə vidalaşıb.

Qeyd edək ki, “Portu” 2024/2025 mövsümünü üçüncü pillədə bitirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More