Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Xarkov vilayət Komplektləşdirmə və Sosial Dəstək Mərkəzinin binası, həmçinin Zaporojye vilayət TCC və SP-nin yaxınlığındakı bina zədələnib.
“Report“un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının məlumatında deyilir.
İlkin məlumatlara görə, Zaporojye vilayət TCC və SP-nin hərbi qulluqçuları arasında yaralı var, Xarkov OTCC və SP-də isə üç nəfər yaralanıb.
Hadisə yerində təcili yardım xidmətləri işləyir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.