Polis “Ermənistan Elektrik Şəbəkələri” şirkətində əməliyyat keçirir

Hüquq-mühafizə orqanları “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin binasında əməliyyat keçirir.

“Report” erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Natalya Saracyan bildirib.

“Bizim iş günümüz saat 09:00-da başlayır. Onlar daha tez gəliblər, binaya daxil olublar və heç kimi içəri buraxmırlar”, – o qeyd edib.

Daha əvvəl “Ermənistan Elektrik Şəbəkələri”nin direktorlar şurasının sədri Narek Karapetyanın evində axtarışların aparıldığı məlum olub.

Xatırladaq ki, qurumun ofisində axtarışlar iyunun 2-də aparılıb. Bundan sonra xüsusilə iri məbləğdə pulların yuyulması və vergilərdən yayınma maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində şirkətin dörd əməkdaşı həbs edilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More