“Sumqayıt” növbəti mövsüm daha yaxşı nəticələr uğrunda mübarizə aparacaq
“Report” xəbər verir ki, bunu komandanın yeni təyin olunan baş məşqçisi Saşa İliç mətbuat konfransında bildirib.
Serbiyalı mütəxəssis təyinatı ilə bağlı danışıb:
“Klub nümayəndələri ilə Belqradda görüşümüz oldu. Daha sonra bir illik müqavilə bağladıq. Azərbaycan futbolu barədə bəzi məlumatları burada oynayan futbolçulardan almışam. Xüsusən də serbiyalı və monteneqrolu oyunçulardan. Azərbaycan futbolu haqqında məlumatlarım var”.
O, komandanın hədəfini açıqlayıb:
“Növbəti mövsüm daha yaxşı nəticələr uğrunda mübarizə aparacağıq. Hazırda əsas məqsəd oyun üslubunu qurmaq və komandanı formalaşdırmaqdır. Daha sonra nəticələr barədə düşünəcəyik.Növbəti mövsüm avrokubokları hədəf götürmüşük. Amma bunun üçün ilk növbədə komanda formalaşmalıdır”.
Qeyd edək ki, “Sumqayıt” ötən gün S.İliçlə bir illik müqavilə bağlayıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.