ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan və Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Komiyə qarşı cinayət təhqiqatı başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Təhqiqat keçmiş idarə rəhbərlərinin ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərinin və Moskvanın 2016-cı il seçkilərinə müdaxiləsinin araşdırılması zamanı yol verə biləcəyi pozuntularla bağlıdır.
FTB Konqresdə onların yalan ifadə vermə ehtimalını da araşdıracaq. MKİ-nin hazırkı direktoru Con Ratkliff Brennanın icazə verdiyi pozuntulara dair sübutları FTB-nin rəhbəri Keş Patelə təhvil verib. FTB Brennan və Kominin cinayətə ortaq olduqlarını ehtimal edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.