Azərbaycanın U-18 millisi Avropa çempionatında keçirdiyi beşinci oyunda qələbə qazanıb

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda keçirdiyi beşinci oyunda qələbə qazanıb.

“Report” xəbər verir ki, komanda C qrupundakı son matçında Kosovo yığmasını 62:54 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra komanda qrupu üçüncü sırada tamamlayıb.

Qeyd edək ki, milli ilk dəfə qatıldığı Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Yığma buna qədər qrupdakı matçlarda Bosniya və Herseqovina (83:81), İslandiya (86:79) üzərində qazanıb, Ukrayna (65:78) və Litvaya (31:82) isə uduzub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More