Ermənistan İstintaq Komitəsi terrorçuluqda şübhəli bilinən daha 7 nəfərin saxlanıldığını bildirib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“Terror aktının hazırlanması, odlu silah və döyüş sursatının qanunsuz saxlanılması ilə bağlı iş üzrə 7 nəfər saxlanılıb”, – məlumatda qeyd olunub.
KİV-in məlumatına görə, saxlanılanların hamısı müxalif “Daşnaksütyun” partiyasının üzvləridir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı, “Daşnaksütyun” partiyasının üzvü Geqam Manukyanın oğlunu saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onun evində səhər saatlarından axtarışlar aparılırdı.
Güc strukturları həmçinin parlamentarinin özünün telefonunu da müsadirə ediblər.
Bundan başqa, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın məlumatına görə, “Daşnaksütyun” partiyası gənclər qanadının bir neçə nümayəndəsi də saxlanılaraq İrəvan İstintaq İdarəsinə aparılıb.
Parlamentin müxalif “Ermənistan” fraksiyasından olan, “Daşnaksütyun” partiyasının üzvü Geqam Manukyanın mənzilində axtarışlar aparılır.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, axtarışı Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları aparır.
“Daşnaksütyun” partiyası bu məlumatı təsdiqləyib. Bildirilib ki, səhər saatlarından partiyanın ali orqanının aparatının rəhbəri Vaaqn Matinyanın evində də istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, Manukyan iyulun 9-da məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
Mənbə: Report.Az
Comments are closed.