Zelenski: Ukrayna 10 milyard avro dəyərində təxminən 200 sazişin imzalanmasına hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski 10 milyard avrodan çox ümumi dəyəri olan təxminən 200 sazişi imzalamağa hazır olduğunu bildirib.

“Report”un “The Guardian”a istinadən verdiyi məlumata görə, Zelenski bunu Romada Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı zamanı deyib.

V.Zelenskinin sözlərinə görə, ölkə rəhbərliyinin növbəti aylarda prioriteti enerji sahəsi olacaq.

“Hamımız Rusiyaya təzyiq göstərməyə davam etməli və mümkün qədər tez real atəşkəsə nail olmaq üçün müdafiəni gücləndirmək üzərində işləməliyik”, – deyə Zelenski əlavə edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More