İngiltərəli yarımmüdafiəçi “Ayaks”dan ayrılıb

İngiltərəli yarımmüdafiəçi Cordan Henderson Niderlandın “Ayaks” komandasından ayrılıb.

“Report”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 35 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Henderson 2024-cü ilin əvvəlindən “Ayaks”da çıxış edirdi. O, keçirdiyi 57 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi əvvəllər İngilətərənin “Liverpul”, “Sanderlend” və “Koventri”, Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klublarında çıxış edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More