Azərbaycanı Cənubi Koreyada keçiriləcək beynəlxalq turnirdə 4 parataekvondoçu təmsil edəcək

Azərbaycanı Cənubi Koreyada keçiriləcək Çxunçxon Açıq Çelenc turnirində 4 parataekvondoçu təmsil edəcək.

Bu barədə “Report”a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Ölkəmiz turnirdə K44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) təmsil olunacaq.

Turnir 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq Yay Paralimpiya Oyunlarına iştirak üçün idmançılara reytinq xalları qazandırır.

Qeyd edək ki, İyulun 11-də start veriləcək yarışda komanda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında iştirak edəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More