İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

İtaliyanın “Fiorentina” klubu 39 yaşlı hücumçu Edin Dzekonun transferini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla 1 illik müqavilə bağlanıb.

E.Ceko ötən mövsüm “Fənərbağça”nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər “Volfsburq”, “Mançester Siti”, “Roma” və “İnter” kimi tanınmış klublarda da oynayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More