“Sele” “Sabah”la oyunda daha güclü tərəf idi.
“Report” xəbər verir ki, bunu “Sele”ni (Sloveniya) baş məşqçisi Albert Riera “Sabah”a qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis bunları söyləyib:
“Mövsüm öncəsi yorğunluq var idi. Amma düşünürəm ki, meydanda güclü tərəf biz idik. Yəqin ki rəqib baş məşqçi də bizimlə razılaşar. Səhvlərimizi düzəltməyə çalışacağıq. Bizi qarşıda 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. Cavab görüşünə sanki hesab 0:0 imiş kimi başlayacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.
Mənbə: Report.Az
Comments are closed.