Ağ Evin tarifləri ləğv olunmasa, Braziliya ABŞ mallarına gömrük rüsumları tətbiq edəcək

ABŞ rəhbərliyi Braziliya məhsullarına əvvəlcədən elan edilmiş 50 % tarifləri həmin tarixə qədər qaldırmasa, Braziliya avqustun 1-dən ABŞ mallarına güzgü rüsumları tətbiq edəcək.

“Report”un məlumatına görə, bunu Cənubi Amerika respublikasının lideri Luis İnasiu Lula da Silva yerli “Jornal Nacional” qəzetinə müsahibəsində deyib.

“ABŞ-dən rüsumların qaldırılması ilə bağlı qərar olmasa, biz avqustun 1-dən qarşılıqlılıq prinsipinə keçəcəyik”, – o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More