“Araz-Naxçıvan” növbəti yoxlama matçını bu gün keçirəcək

Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” klubu növbəti yoxlama matçını bu gün keçirəcək.

“Report” xəbər verir ki, komanda Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”la üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da start götürəcək. Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl “Bayburtspor”la yoxlama matçı keçirib və 14:0 hesabı ilə qələbə qazanıb. “Araz-Naxçıvan” iyulun 17-də “Trabzonspor”la qarşılaşacaq.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More