Lars Yuhansson: Şəhər və kəndləri sıfırdan bərpa etmək asan məsələ deyil

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun işğalı dövründə və ondan sonra böyük çətinliklərdən keçməli olub.

Bu barədə “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına isveçli səyyah Lars Yuhansson bildirib.

O qeyd edib ki, şəhər və kəndləri sıfırdan bərpa etmək asan məsələ deyil, bunun üçün kifayət qədər güc lazımdır.

Səyyah bildirib ki, Qarabağ zəngin tarixi və füsunkar təbiəti ilə unudulmaz təəssürat yaradır: “Yaradıcılıq və hər şeyin necə diqqətlə düşünülməsi məni heyran etdi”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More