Qazaxıstan və Əfqanıstan Trans-Əfqan dəmir yolunun tikintisi haqqında Memorandum imzalayıb

Qazaxıstan Nəqliyyat Nazirliyi və Əfqanıstan İctimai İşlər Nazirliyi Mərkəzi Asiya və Cənubi Asiya arasında dəmir yolunun (Trans-Əfqan dəmir yolu) tikintisi və istismarının əsas prinsipləri haqqında Memorandum imzalayıblar.

Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Memorandum xarici işlər naziri Murat Nurtleunun Əfqanıstana səfəri çərçivəsində imzalanıb.

Qazaxıstanın XİN başçısı Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Muttaki ilə görüşüb. Müzakirələr zamanı tərəflər regionda davamlı və qarşılıqlı faydalı ticarətin təmin edilməsində əsas element kimi Trans-Əfqan marşrutunun inkişafı da daxil olmaqla, səmərəli nəqliyyat-logistika infrastrukturunun yaradılmasını ətraflı müzakirə ediblər.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More