Ötən ay Bakıda təcili yardıma edilən çağırışların 367-si yol-nəqliyyat hadisələri ilə bağlı olub.
Bu barədə “Report”a Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərkəzə edilən çağırışlar arasında 367 çağırış yol-nəqliyyat hadisələri ilə əlaqədar olub. Onlardan 292 nəfərə yerində zəruri tibbi xidmətlər göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisələrinə hospitalizasiya olunub.
Mənbə: Report.Az
Comments are closed.