Ərdoğan PKK-nin silahları təhvil verməsi barədə paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsi barədə paylaşım edib.

“Report” xəbər verir ki, bu barədə o, “X”də yazıb.

“Terrorsuz Türkiyə” hədəfimizə gedən yolda bu gün atılan mühüm addımın xeyirlərə vəsilə olmasını diləyirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin”,-Türkiyə Prezidenti vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More