“Liverpul” klubu avtomobil qəzasında dünyasını dəyişən futbolçu Dioqu Jotanın 20 nömrəli formasını dövriyyədən çıxarıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, heç bir futbolçu “Liverpul”da qadınlardan ibarət komanda və akademiya da daxil olmaqla istənilən səviyyədə 20 nömrə altında oynamayacaq.
Xatırladaq ki, Portuqaliya millisinin oyunçusu iyulun 3-də avtomobil qəzasına düşüb.
Dioqu Jota İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.