Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün ev sahibliyi təklif edib

Səudiyyə Ərəbistanı Rusiya və ABŞ arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu krallığın sənaye və mineral sərvətlər naziri Bəndər əl-Xureyf TASS-a deyib.

“Səudiyyə Ərəbistanı dünya ictimaiyyətinin razılığa gəlməsinə kömək üçün hər şeyi etməyə çalışır”, – nazir vurğulayıb.

O qeyd edib ki, vəliəhdin rəhbərlik etdiyi ölkə rəhbərliyi regionun sabitləşməsi üçün səylər göstərir ki, bu da milli maraqlara uyğundur. Əl-Xureif əlavə edib ki, krallıq istənilən faydalı təşəbbüslərdən istifadə edəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Malayziyada keçirilən Şərqi Asiya Sammiti (EAS) çərçivəsində danışıqlar aparıblar.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, diplomatlar ikitərəfli gündəlikdəki məsələlərin bütün spektri və dünyadakı vəziyyətlə bağlı qeydləri hərtərəfli müqayisə ediblər. Xüsusən də iki ölkənin XİN rəhbərləri Ukraynadakı vəziyyət, Suriya və İrandakı hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More