“Arsenal”ın ukraynalı futbolçusu karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər

İngiltərənin “Arsenal” klubunun ukraynalı müdafiəçisi Aleksandr Zinçenko karyerasını Premyer Liqanın digər təmsilçisi “Vest Hem”də davam etdirə bilər.

“Report” “VestHamZone”a istinadən xəbər verir ki, tərəflər danışıqlara başlayıb.

Ukrayna millisinin 28 yaşlı futbolçusunun daha əvvəl İtaliyanın “Milan” klubuna keçəcəyi bildirlirdi.

Qeyd edək ki, A.Zinçenko 2022-ci ilin yayından “Arsenal”ın formasını geyinir. O, ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda, bir qola və məhsuldar ötürməyə imza atıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More