“Zirə” bu gün İordaniya klubu ilə qüvvəsini sınayacaq

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək.

“Report” xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyin” klubu ilə qüvvəsini sınayacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da Fanatik Tur Meydançalarında baş tutacaq.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.

Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More