Beynəlxalq səyyahlar Cəbrayıl rayonunda minatəmizləmə prosesi ilə tanış olublar

Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndə heyəti Cəbrayıl rayonunun Mehdili kəndində olublar.

“Report”un müxbirinin məlumatına görə, səfər iştirakçıları ərazidə aparılan minatəmizləmə işlərinin gedişi ilə tanış olublar.

Onlara Ermənistanın işğalından sonra qalan mina təhlükəsinin miqyası, o cümlədən istehkamçıların fəaliyyəti və ərazinin partlayıcı obyektlərdən təmizlənməsi üçün istifadə olunan müasir texnologiyalar barədə məlumat verilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More