Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırılıb

HƏMAS və İsrail arasında Qəzza zolağında atəşkəslə bağlı dolayı danışıqlar İsrailin qoşunlarını anklavdan çıxarmaq istəməməsi səbəbindən ləngiyir.

Bu barədə “Report” “Al Arabia”ya istinadən xəbər verir.

“Dohada keçirilən danışıqlar cümə günündən etibarən İsrailin geri çəkilmə xəritəsində israr etməsi səbəbindən uğursuzluqlar və çətinliklərlə üzləşib. Orada söhbət İsrail ordusunun çıxarılmasından deyil, yerdəyişmə etməsindən və yenidən qruplaşmasından gedir”, – danışıqlardan xəbərdar olan fələstinli mənbə agentliyə bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More