“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib

Almaniyanın “Bayer 04” klubu ABŞ millisinin futbolçusu Malik Tillmanı transfer edib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Niderlandın PSV klubundan transfer edilən M.Tillman ötən mövsüm meydana çıxdığı 34 matçda 16 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, daha əvvəl Almaniya yığmasının aşağı yaş qruplarından ibarət komandalarında çıxış etmiş alman əsilli futbolçu 2022-ci ildən ABŞ-nin əsas millisinin formasını geyinir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More