Çin və ASEAN yenilənmiş azad ticarət sazişini oktyabrda təqdim edəcək

Çin və ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) oktyabr ayında üzv ölkələrin liderlərinə azad ticarət sazişinin yenilənmiş variantını təqdim edəcəklər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi bildirib.

“Çin və ASEAN oktyabr ayında liderlərin təsdiqi üçün azad ticarət sahələrini təkmilləşdirmək haqqında pakt təqdim etməyə razılaşıb”, – o deyib.

Nazir həmçinin bildirib ki, hər iki tərəf Cənubi Çin dənizində davranış kodeksi, Pekinin və bir neçə ASEAN üzvünün üst-üstə düşən dəniz iddialarının olduğu regionda mübahisələrin həllinə yönəlmiş təlimatlar toplusu üzrə məsləhətləşmələri gələn il başa çatdırmağı hədəfləyib.

“Çin və ASEAN həm də gələcək illərdə iki tərəf arasında 40-dan çox sahədə əməkdaşlığı əks etdirən beşillik fəaliyyət planı haqqında razılığa gəlib”, – o vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More