İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“Report” Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.
59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Pioli 2017-2019-cu illərdə də “Fiorentina”ya rəhbərlik edib. Mütəxəssisin son klubu “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.