Deputat: Mətbuat həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi

Azərbaycan mətbuatı xalqın maariflənməsində, ana dilinin və milli-mənəvi dəyərlərin qorunmasında, mədəniyyətin, incəsənətin təbliğində və inkişafında önəmli rol oynayır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün mətbuatı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır:

“Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi jurnalistlərə fikirlərini azad və sərbəst ifadə etmək üçün geniş imkan yaratdı. 1999-cu ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” qanunla isə mətbu orqanın təsis edilməsi üçün dövlət orqanlarından icazə tələbi ləğv edildi”.

Deputat vurğulayıb ki, mətbuat nümayəndələri həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər:

“Jurnalistlər Azərbaycanın böyük zəfərinin müjdəçisi oldular. Hazırda dövlətimizin prioritet məsələlərindən biri də Qərbi Azərbaycanımıza qayıdışdır. Arzu edirəm ki, tez bir zamanda bu müjdəni xalqımıza, dünyaya çatdırasınız. Biz Prezident, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərərək necə Qarabağımıza qayıtdıqsa, Qərbi Azərbaycanımıza da qayıdacağıq”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More